Avropa Birliyinin rus peyvəndinə tərəf dönüşü

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Birliyinin rəsmi mənbələrinə görə, bəzi AB üzvü olan ölkələr, Rusiya istehsalı olan “Sputnik V” koronavirus əleyhinə peyvənd istehsalçıları ilə danışıqları nəzərdən keçirirlər.
“Reuters” xəbər agentliyi məlumat verir ki, ümumi arenada rus peyvəndini rədd edən və ona qarşı anti-təbliğat aparan Avropa Birliyi səhnə arxasında bu peyvəndə meyl etməkdədir. Onlar rus peyvəndindən istifadə edərək vətəndaşların vaksinasiya prosesindəki çatışmazlıqlarını və ləngimələri aradan qaldırmağa çalışırlar.
Bu blokun tərəfindən koronavirus peyvəndi istehsalçıları ilə danışıqlar aparan bir AB rəsmisi, “Reuters” xəbər agentliyinə bildirmişdir ki, AB ölkələri “Sputnik V” peyvəndi istehsalçıları ilə danışıqlar aparmağı düşünürlər və artıq dörd ölkə buna maraq göstərib.”
“Reuters” bildirib ki, Rusiyanın “Sputnik V” peyvəndi AB-nin vaksinasiya proqramına əlavə olunarsa, bu, Moskvanın diplomatik qələbəsi olacaq.