Netanyahu Aşkenazinin BƏƏ-yə getməsinə mane oldu

Netanyahu Aşkenazinin BƏƏ-yə getməsinə mane oldu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, sionist xəbər agentlikləri bazar günü gecə İsrail baş nazirinin rejimin xarici işlər nazirinin Birləşmiş Ərəb Əmirliklərinə səfərinə mane olduğunu bildiriblər.

“Yediot Aharonot” qəzetinin yazdığına görə, İsrailin baş naziri Benyamin Netanyahu müdaxilə edərək xarici işlər naziri Qabi Aşkenazinin Birləşmiş Ərəb Əmirliklərinə səfər etməsinə mane olub. Aşkenazi İsrail rejiminin BƏƏ-dəki yeni missiyalarının həyata keçirilməsi və bir neçə ikitərəfli müqavilələrin imzalanması niyyəti ilə bu ölkəyə səfər etməyə hazırlaşırdı.

Qeyd olunan səfərin, Netanyahunun planlaşdırılan səfərindən bir neçə gün sonra baş tutması qərarlaşdırılıb ki, baş nazirin səfəri keçən həftə İordaniya ilə bu ölkənin hava məkanından istifadəylə əlaqədar yaranan konfliktə görə ləğv edilib.

Sionist mediaları baş nazirin Aşkenazinin BƏƏ-yə səfərinə hansı səbəbdən mane olduğu barədə məlumat verməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 5 =