İsraillilər Netanyahunu Aşkelon səfərini ləğv etdiyinə görə lağa qoydular

İsraillilər Netanyahunu Aşkelon səfərini ləğv etdiyinə görə lağa qoydular

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahunun işğal altındakı Aşkelon şəhərinə səfərinin ləğvi, israillilərin onu ciddi şəkildə lağa qoymasına səbəb olub.

İsraillilərin bir çoxu Həmas müqavimət hərakatının cənub sərhədlərinə nəzarət etdiyi və Netanyahunun bu hərəkatdan qorxduğu üçün səfərini ləğv etdiyini söyləyirlər.

İbrani dilli medialar, Netanyahunun Aşkelon səfərinin ləğvinin, Qəzza zolağındakı Fələstin müqavimətinin, Netanyahunu seçki kampaniyası çərçivəsində Aşkelona səfər edəcəyi təqdirdə raket hücumu ilə təhdid etməsindən sonra baş verdiyini vurğulayıblar.

Onu da qeyd edək ki, işğal olunmuş Aşdod şəhəri də Netanyahunun səfəri ilə əlaqədar iki dəfə müqavimət hərakatı tərəfindən raketlə hədəfə alınıb.

Əksər israillilər Netanyahunun səfərinin ləğv edilməsinə reaksiya verərək, Likud partiyası və Netanyahunun qorxaq olduqlarını, Həmasdan qorxduqlarını və buna görə də Netanyahunun Həmasa güzəştə getməyə davam edəcəyini söyləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 20 =