İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: Sionist rejimin məhvi üçün imkanlarımız hazırdır

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: Sionist rejimin məhvi üçün imkanlarımız hazırdır

İİR-nın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General-mayor Muhəmməd Baqiri Şəban ayının gəlişi, eyni zamanda Həzrət İmam Hüseynin (ə) doğum günü və “İnqilab Keşikçiləri” günü münasibətiylə İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı General-mayor Hüseyn Salamiyə məktub göndərərək İnqilab Keşikçilərini təbrik edib.

General Baqiri məktubunda belə qeyd edib: “Bu gün İnqilab Keşikçilərinin şüarı budur: -Bizlər bu gün həm hücum qüdrətinə sahibik, həm də müqavimət. Yəni, zamanı yetişdikdə təhdid mərkəzlərinə və düşmən cəbhəsinin mənbələrinə istənilən ölçüdə, istənilən miqyasda və istənilən intensivlikdə hücum edə bilərik.”

Həmçinin General-mayor Baqiri belə əlavə edib: “Yüz illərdir dünyanın güclü imperatoru olan Britaniya Kral Ordusu gəmisinin rəzilcəsinə əsir götürülməsi və ya ABŞ terror rejiminin casusluq dronu vətən sularında bircə atəşlə vurulması, həm regional və həm bölgələrarası düşmənlərin Qərbi Asiyada və Aralıq dənizi sahillərində İranın qüdrətinin genişlənməsindən vəhşətə gəlməsi və inqilabın ikinci addımına girmədən öncə sionist rejimini məhv etmə qabiliyyətləri və Allahın lütfü ilə saxta və uşaq qatili olan rejimin bölgənin siyasi xəritəsindən silinməsi imkanlarının yaranması bütün bunların illüziya və ya xəyal deyil, İslam İnqilabı Keşikçilərinin iradəsi və inamı ilə ərsəyə gəlmiş bir həqiqət olduğunu göstərir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × one =