İsrail artilleriyası Şəba tarlalarına zərbələr endirib

İsrail artilleriyası Şəba tarlalarına zərbələr endirib

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, sionist rejimi Livana qarşı təcavüzün davamı olaraq çərşənbə axşamı işğal olunmuş Şəba tarlalarının bir hissəsini hədəfə alıb.

Livanın rəsmi xəbər agentliyi NNA, İsrail artilleriyasının Şəba sahələrinə 155 mm ağır top mərmiləri atdığını bildirib.

Digər tərəfdən isə Əl-Cədid telekanalı sərhəd bölgəsində güclü partlayışların səsinin eşidildiyini bildirərək bu səslərin Sionist ordusu artilleriyasının Şəba tarlaları və işğal altındakı Qolan yüksəkliklərində keçirdiyi manevrlərdən qaynaqlandığını qeyd edib.

Bu manevrlər elə bir zamanda keçirilir ki, İsrail Ordusunun daxili cəbhə komandiri Ori Qordin, Qüdsdəki bir konfransda, Livan Hizbullahı ilə gələcəkdə baş verə biləcək bir müharibədə hər gün İsrailə 2000 raket atılacağı ehtimal olunduğunu söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 3 =