Sionist zabitləri humanitar yardım adı altında Sokotra adasına daşınır

Sionist zabitləri humanitar yardım adı altında Sokotra adasına daşınır

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, yerli mənbələr, BƏƏ zabitləri ilə birlikdə bir sıra sionist zabitlərinin “Xəlifə Bin Zayid Ali-Nehyan” vəqfinin humanitar aksiyaları altında məlum olmayan gizlin planlar üçün Sokotra adasına gəlmələrini bildiriblər.

Yəmənin “Althawrah” qəzeti bu məlumatı yayaraq belə yazıb: “Yerli mənbələr bildirirlər ki, Əbu-Dabi İsrail zabitlərinin şəxsiyyətlərini gizlətməyə və onların “Xəlifə” vəqfi adlı bir inkişaf komitəsinin üzvü olaraq humanitar fəaliyyət və Sokotrada uçuşların açılışı üçün bu adaya daxil olduqlarını göstərməyə çalışır.”

Məlumata görə, BƏƏ bu vilayət üzərində nəzarəti ələ keçirdikdən sonra “Xilafət” vəqfi adı altında İsrail əsgərlərini Sokotra adasına gətirib. BƏƏ-nin öz təyyarələri üçün uçuş zolağı açması, İsrail zabitlərini və xarici turistləri bu arxipelaqa daşıması, Yəmən təyyarələrinin Sokotraya uçuşuna maneə törətməsi və yəmənlilərin adaya girişinin qarşısını alması, Yəmənin milli suverenliyinin açıq şəkildə pozulması deməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 8 =