Fuad Muradov səfir Boçarnikovla görüşdü

Fuad Muradov səfir Boçarnikovla görüşdü

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixayıl Boçarnikovla görüşüb. 

Komitədən verilən məlumata görə, görüşdə “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin – Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) rəhbəri Zinnurov İrek Xaydaroviç də iştirak edib.

Görüş zamanı Rusiyadakı Azərbaycan diasporunun mövcud vəziyyəti, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, cari planlar, ölkəmizdəki rus icmasının fəaliyyəti, eləcə də qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − 7 =