Ermənistandakı əsgər valideynləri övladlarının Qarabağdan geri çəkilməsini tələb edirlər

Ermənistandakı əsgər valideynləri övladlarının Qarabağdan geri çəkilməsini tələb edirlər

Azərbaycanın Qarabağ bölgəsində qanunsuz olaraq xidmət edən erməni əsgərlərinin valideynləri Ermənistan Nazirlər Kabinetinin binası yaxınlığında etiraz aksiyası keçirib.

Etirazçılar Ermənistan hökumətindən ovladlarının hərbi xidmətlərini vaxtından əvvəl bitirib ölkəyə qayıtmalarını tələb edirlər.

Ermənistan Baş naziri Nikol Paşinyan artıq iki etirazçını qəbul edib.

“Tələblərimizi ötən ilin noyabrında təqdim etdik. Bununla birlikdə, problemimiz hələ həll olunmayıb. Övladlarımızın bu yaxınlarda müharibə olduğu yerdə xidmət etməyə davam etməsi ən azından ədalətsizlikdir”, aksiya iştirakçısı deyib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − 3 =