Gürcüstan müxalifəti fasiləsiz etiraz aksiyaları elan etdi

Gürcüstan müxalifəti fasiləsiz etiraz aksiyaları elan etdi

Bu gündən etibarən Gürcüstan müxalifəti fövqəladə fəaliyyət rejiminə keçir.

Bu barədə Vahid Milli Hərəkat Partiyasının üzvü Zaal Udumaşvili bildirib.

Onun sözlərinə görə, mayın 15-də müxalifət Tbilisinin Rustaveli prospektində etiraz aksiyası keçirəcək:

“Bu tarixə qədər isə mitinqlər həm paytaxt, həm də bölgələrdə təşkil olunacaq. Müxalifət fasiləsiz etiraz aksiyaları rejiminə keçir”.

Müxalifətçi davamlı etirazların sonda qələbə və ölkədə müsbət dəyişikliklərlə nəticələnəcəyini qeyd edib.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + nine =