İsrailin sabiq naziri fələstinlilərin varlığını inkar etdi

İsrailin sabiq naziri fələstinlilərin varlığını inkar etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin sabiq naziri Fələstin xalqı adlı bir xalqın olmadığını iddia edib.

İsrailin sabiq Nəqliyyat Naziri Bezalel Smotriç, irqi ayrıseçkilik zəminində çıxış edərək fələstinlilərin varlığını inkar etmiş və partiyasının (Dini Sionizm Partiyası) ərəb partiyalarının dəstəklədiyi bir hökumətlə həmkarlıq etməyəcəyini söyləyib.

Smotriç həmçinin partiyasının fələstinlilərlə iki dövlətli həll yolunu seçən hökuməti dəstəkləməyəcəyini qeyd edib.

O, gülünc bir açıqlamada Fələstin milləti deyə bir şey olmadığını və fələstinlilərin sionizmə qarşı qurulmuş 70 illik bir hərəkat olduğunu iddia edib.

Smotriç eləcə də İslam dinini şiddət və ekstremizm dini adlandırmaqdan da çəkinməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 16 =