Səudiyyə Ərəbistanı pilotsuz təyyarənin Riyad neftayırma zavoduna hücumunu təsdiqlədi

Səudiyyə Ərəbistanı pilotsuz təyyarənin Riyad neftayırma zavoduna hücumunu təsdiqlədi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Enerji Nazirliyindəki bir mənbə, Yəmən ordusu və xalq komitələrinin Riyad neft emalı zavodunu pilotsuz təyyarə ilə hədəfə aldığını təsdiqləyib.

Səudiyyə Enerji Nazirliyindəki bir mənbə, bir pilotsuz təyyarənin dünən yerli vaxtla səhər saat 6:05-də Riyaddakı bir neft emalı zavodunu hədəfə aldığını söyləyib.

Səudiyyə mənbəyi hücum nəticəsində neftayırma zavodunda yanğın əmələ gəldiyini qeyd edib.

Bu mənbə pilotsuz təyyarənin zərbəsinin insan tələfatına səbəb olmadığını, eləcə də enerji və neft məhsulları tədarükü prosesinə təsir etmədiyini iddia edib.

Qeyd olunan mənbə həmçinin, Səudiyyə Ərəbistanı bu hücumu şiddətlə qınayır və dünya ölkələrinin bu terror və təxribatçı hücumlara qarşı mövqe sərgiləmələrinin lazım olduğunu vurğulayır, deyə əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 20 =