Ayətullah Xamenei Novruz bayramı ilə əlaqədar çıxış etdi

Ayətullah Xamenei Novruz bayramı ilə əlaqədar çıxış etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam İnqilabı rəhbəri Ayətullah əl-üzma Seyyid Əli Xamenei hər il olduğu kimi Novruz bayramı və hicri şəmsi tarixi ilə yeni ilin gəlişi münasibətilə çıxış edib.

Ayətullah Xamenei bu çıxışında 1399-cu (h/ş) ili müxtəlif və görünməmiş hadisələrlə o cümlədən koronavirus kimi naməlum fenomenlə yadda qalan il adlandıraraq belə əlavə edib: “Koronavirus iqtisadi  fəaliyyətlər, təhsil ocaqları, dini ayinlər, idman və səyahət də daxil olmaqla insanların həyatına ciddi təsir etdi və ölkədə məşğulluğa ağır zərbə vurdu.”

İslam İnqilabının Ali Rəhbəri, koronavirus  səbəbiylə insanların həyatlarını itirməsini 1399-cu ildə baş verən bütün hadisələr arasında ən faciəli hadisə hesab etmiş və bu virus qurbanlarına ilahi mərhəmət və bağışlanma diləyərək ailələrinə başsağlığı verib.

Ali məqamlı rəhbər həmçinin 1399-cu ili böyük koronavirus imtahanı və eyni zamanda düşmənin maksimum təzyiqi qarşısında İran millətinin qabiliyyətlərinin ortaya çıxma ili kimi xarakterizə edərək bildirib: “Əziz millətimiz; tibbi və sağlamlıq kompleksləri, tədqiqatçılar və elm adamları, cihadçı qruplar və sıravi insanlar tətbiq olunan sanksiyalara və xaricdəki imkanlardan istifadə yollarının bağlanmasına baxmayaraq,  bu faciəli hadisəni kontrol etmək üçün böyük bir qabiliyyət və təcrübə nümayiş etdirdilər.”

Ayətullah Xamenei 1400-cü (h/ş) ili “istehsal, himəya və maneələri qaldırmaq” ili adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 12 =