Ermənistanda hərbi vəziyyət ləğv ediləcək
Ermənistanda parlamentdə çoxluq təşkil edən “Mənim addımım” bloku çərşənbə günü parlament iclası zamanı Dağlıq Qarabağdakı hərbi əməliyyatlar səbəbindən 2020-ci il sentyabr ayının sonunda ölkədə tətbiq edilən hərbi vəziyyətin ləğv edilməsinin lehinə səs verəcək.
Bu barədə parlamentin sədri Ararat Mirzoyan qanunverici orqanının iclasında açıqlama verib.
“Ölkədəki hərbi vəziyyətin ləğvi üçün çərşənbə günü səsvermə keçirəcəyimizi düşünürük. Xüsusilə hərbi vəziyyət dövründə keçirilməsi mümkün olmayan növbədənkənar seçkilərlə əlaqədar siyasi razılaşma olduğunu nəzərə alaraq xoş niyyət əlaməti nümayiş etdirəcəyik” dedi.
Xatırladaq ki, Ermənistanda hərbi vəziyyət ötən ilin sentyabrında Dağlıq Qarabağda hərbi əməliyyatların başlamasından sonra tətbiq edilib.
Salamnews