HƏMAS: Qüdsün İsrail işğalçılarından təmizlənməsi müqəddəs bir vəzifədir

HƏMAS: Qüdsün İsrail işğalçılarından təmizlənməsi müqəddəs bir vəzifədir

Sizinyol xarici KİV-ə istinadən  xəbər veir ki, Fələstin HƏMAS hərəkatı bu hərəkatın qurucusu Şeyx Əhməd Yasinin şəhid olmasının 17-ci ildönümü münasibətilə bəyanat verərək Qüdsün işğalçılardan təmizlənməsi məsələsinə təkid edib.

Hərəkatın bəyanatında qeyd olunmuşdur ki, Qüdsün İsrail işğalçılarından təmizlənməsi hər bir ərəb və müsəlman üçün müqəddəs bir vəzifədir.

Qüdsün azad və müstəqil bir Fələstin dövlətinin paytaxtı olacağını vurğulayan HƏMAS, minlərlə insanın bu şəhidin mirasını və bayrağını daşıdığını bildirib.

Bu bəyanatı yayan “Səfa” Xəbər Agentliyi bu insanların sui-qəsd siyasətindən qorxmadıqlarını və HƏMAS-ın güc və texnika baxımından bölgədə öndə gedən müqavimət qrupu olduğunu söyləyib.

HƏMAS insan və vətən azadlığının müqəddəs olduğunu ifadə edərək, sionist rejimini heç bir şəkildə tanımayacağını qeyd edib.

Həmçinin hərəkat belə əlavə edib: “İsrail ilə heç bir barışıq olmayacaq və müqəddəs Fələstin torpaqlarının bir qarışına belə güzəşt edilməyəcəkdir!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 11 =