Bakı sakininə bıçaqla xəsarət yetirilərək avtomobili qaçırılıb
Bakı şəhər sakininə bıçaqla xəsarət yetirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Abşeron Rayon Polis İdarəsi (RPİ) və Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 5-də Bakı şəhər sakini X.Məmmədova bıçaqla xəsarət yetirib, 300 manat pulunu və “Mercedes” markalı avtomobilini almaqda və həmin avtomobilin üzərinə başqa dövlət qeydiyyat nişanlarını bağlamaqda şübhəli bilinən Q.Nəsirov martın 23-də Nəsimi rayonu ərazisində sərnişinləri ilə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Apa