“Abha” Beynəlxalq Hava Limanına yeni pilotsuz təyyarə zərbəsi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Briqada generalı Yəhya əl-Səri bu gün axşam elan edib ki, Yəmən qüvvələri “Qasif K2” pilotsuz təyyarəsindən istifadə edərək Səudiyyə Ərəbistanı ərazisində “Abha” Beynəlxalq hava limanını hədəf alıblar.”
O, həmçinin Yəmən raketdən müdafiə qüvvələrinin Marib əyalətində (Yəmənin şimal-şərqi) gedən döyüşlər zamanı ABŞ-a məxsus MQ9 İHA-nı da vurmağa müvəffəq olduqlarını söyləyib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü bu əməliyyatın, detalları hələ açıqlanmayan bir raketdən istifadə edilərək həyata keçirildiyini də əlavə edib.