Yəmən: Ərəbistan ərazisindəki əməliyyatlar davam edəcək

Yəmən: Ərəbistan ərazisindəki əməliyyatlar davam edəcək

Sizinyol xarıci KİV-ə istinadən xəbər verir ki, Yəmən Milli Qurtuluş Hökumətinin Məlumat Nazirinin müşaviri Tofiq əl-Humeyri, Yəmən xalqına qarşı təcavüz və mühasirənin davam etdiyi müddətdə Silahlı Qüvvələrimiz tərəfindən Səudiyyə koalisiyasının təcavüzünə cavabın və Səudiyyə Ərəbistanının ərazilərinə edilən hücumların davam olunacağını söyləyib.

Əl-Humeyri Sputnik-ə verdiyi açıqlamasında Səudiyyə ərazisinə hücumun ölkəmizi qorumaq və Səudiyyə koalisiyasının Yəmənə qarşı təcavüzünə və mühasirəsinə cavab vermək üçün qanuni haqqımız olduğunu bildirib.

O, əlavə edib ki, ABŞ, İngiltərə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərlik etdiyi beynəlxalq koalisiyası ardıcıl olaraq yeddinci ildir ki, Yəmən xalqına qarşı təcavüzünü davam etdirir və bu günə qədər heç bir atəşkəs baş tutmayıb: “Amerikanın atəşkəsdən danışmaq haqqı yoxdur, çünkü ABŞ-Səudiyyə koalisiyası hər gün on dəfələrlə Yəməni öz hücumlarına məruz qoyur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + fifteen =