Orduda xaos hökm sürür – Erməni deputat
Ermənistan Milli Məclisinin deputatı Qevork Qorqisyan orduda total xaos hökm sürdüyünü bildirib.
O, bu barədə parlamentdə suallar və cavablar sessiyasında müdafiə nazirinə müraciət edərkən bildirib.
“Cəbhə xəttimiz lazımi səviyyədə təchiz olunmayıb, vəzifə şərtləri yersizdir. Hərbçiləri A nöqtəsindən B nöqtəsinə apara bilməzsiniz. Hərbi döyüş vəzifəsindən, döyüş mövqelərindən canlı yayıma çıxırlar. Çovğun zamanı itkin düşürlər. İnsanlara maaş verilmir. Bu xaos nə qədər davam edəcək, cənab nazir? Nə ilə məşğulsunuz ki, ordudakı vəziyyət belədir?”,-deyə Qorqisyan qeyd edib.
Deputatın suallarına heç kim cavab verməyib. Ona müraciətini yazılı şəkildə təqdim etməsi tövsiyə olunub.
Hit.az