Ənsarullah: Mühasirənin qaldırılması üçün heç bir siyasi və ya hərbi şərtləri qəbul etmirik
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən Ənsarullah hərəkatının sözçüsü və Səna hökumətinin danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdüssalam öz twitter səhifəsində mühasirənin qaldırılmasının hər hansı bir danışıq prosesi ilə əlaqələndirilməsini qəbul etməyib.
Mühəmməd Əbdüssalam həmçinin belə yazıb: “Neft məhsulları və qida və tibbi avadanlıqların gətirilməsi Yəmən xalqı üçün humanitar və qanuni bir ehtiyacdır və mühasirənin qaldırılmasının hər hansı bir hərbi və ya siyasi şərtlə əlaqələndirilməsini heç vaxt qəbul etməyəcəyik.”
Ənsarullah sözçüsü bundan öncə Səna Hava Limanı və Əl-Hudeyda limanının yenidən açılması kimi bir insan haqqının siyasi və hərbi mövzulardan ayrılmasının lazım olduğunu yazmışdı.
Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Hüsi də Yəmən vətəndaşlarına göstərilən yardımların qarşısını almaq üçün heç bir bəhanənin qəbuledilməz olduğunu söyləyib.