Ənsarullah üzvü: Ərəbistan müharibəni dayandırmaqda ciddi deyildir

Ənsarullah üzvü: Ərəbistan müharibəni dayandırmaqda ciddi deyildir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən Ali Siyasi Şurasının üzvü və Ənsarullah hərəkatının liderlərindən biri olan Məhəmməd Əli əl-Hüsi, Sənanın Səudiyyə Ərəbistanından rəsmi olaraq heç bir plan almadığını söyləyib.

Əl-Hüsi Rusiyanın Sputnik xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, plan yalnız mediada elan olunmuşdur və bu məsələdə hər hansı bir ciddilik olsaydı əvvəlcə Sənaya göndərilməliydi.

Əl-Hüsi həmçinin qeyd edib ki, planın Yəmənə rəsmi olaraq bildirilməməsi Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumları və təcavüzləri dayandırmaq mövzusunda ciddi olmadığını göstərir.

Ənsarullah rəsmisi bildirib ki, səudiyyəlilər planı elan etməzdən əvvəl onu Yəmən hökumətinə göndərməli və cavab gözləməli idilər.

Əl-Hüsi əlavə edib ki, biz atəşkəsin, təcavüzün dayandırılmasının və mühasirənin ləğv edilməsinin tərəfdarıyıq və bunun media ilə deyil, praktiki addımlarla göstərilməsini tələb edirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =