Ənsarullah: Səudiyyə planı təhqir və təhdiddən başqa bir şey deyildir/ İran Yəmənin daxili işlərinə müdaxilə etmir

Ənsarullah: Səudiyyə planı təhqir və təhdiddən başqa bir şey deyildir/ İran Yəmənin daxili işlərinə müdaxilə etmir

Ənsarullah hərəkatının sözçüsü və Yəmən Milli Qurtuluş Hökumətinin danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdüssalam bir müsahibəsində Səudiyyə hökumətinin sankı bir neytral vasitəçiymiş kimi davrandığını söyləyib.

O, “Əl-Məyadin” telekanalına bildirib ki, Səudiyyə hökumətinin təşəbbüsü və təklifi forma və məzmuna görə məntiqsizdir, çünki sanki Səudiyyə hökuməti neytral vasitəçiymiş kimi bizi dialoqa çağır. Bundan əlavə, bu layihədə Yəmən inqilabçı qüvvələri pislənilib.

Ənsarullah sözçüsü Riyad planını çox səthi xarakterizə edərkən belə izah edib: “Səudiyyə hökuməti vasitəçi tərəf deyildir ki, bu kimi təkliflər irəli sürür. Səudiyyə hökuməti əvvəlcə döyüş mövqeyindən çəkilməli və sonra bir plan hazırlamalıdır. Yəməndə mühasirə, qida və dərman çatışmazlığı səbəbindən minlərlə insan ölür. Biz Yəmənin mühasirədə qalması ilə razılaşa bilmərik.”

Məhəmməd Əbdüssalam həmçinin İranın Yəmənin daxili işlərinə müdaxilə etmədiyini əlavə edərək,Yəməndəki böhranın həllini İranla əlaqələndirənlər Qərbin onların daxili qərarlarına müdaxilə etməsinə icazə verənlərdir, deyə söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + five =