Suveyş kanalının bağlanmasından sonra onlarla gəmi dünya ticarət dəhlizindən keçmək üçün növbəyə durub

Suveyş kanalının bağlanmasından sonra onlarla gəmi dünya ticarət dəhlizindən keçmək üçün növbəyə durub

“Dörd gün öncə Suveyş kanalında Yaponiyaya məxsus böyük yük gəmisinin öz yolundan çıxaraq, kanalı bloklaması, dünya ticarət nəqliyyatında durğunluq yaradıb. Onlarla gəmi kanalın iki tərəfində gözləməkdədir.

Suveyş Kanalı İdarə Heyəti su dəhlizini bloklayan gəminin hələ də çıxarılmadığını bildirib.

Eyni zamanda Yaponiya şirkətinə məxsus olan “Ever Given” nəhəng yük gəmisinin ekipajı gəminin çıxarılması üçün işlərin davam etdiyini bildirib.

Qeyd edək ki, “Evergreen” şirkətinə məxsus 400 metr uzunluğunda olan və 224000 ton yük daşıyan “Ever Given” nəhəng yük gəmisi, Süveyş kanalında idarəni itirərək kanalı bloklayıb.

Hazırda kanalın hər iki tərəfində onlarla ticarət gəmisi və tankerlər dünyanın ən strateji ticarət dəhlizini keçmək üçün növbəyə dayanıblar.

SalamNews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − three =