Hakerlər Almaniya deputatlarının kompüterlərinin parolunu qırmağa çalışıblar

Hakerlər Almaniya deputatlarının kompüterlərinin parolunu qırmağa çalışıblar

Hakerlər Almaniya Bundestaqının yeddi və regional parlamentlərin otuz bir deputatının kompüterlərinin parolunu qırmağa çalışıblar.

Bu barədə anonim mənbələrə istinadən “Der Spiegel” bildirib.

Məlumatların ələ keçirilib-keçirilməməsi hələ müəyyən edilməyib.

Nəşr qeyd edir ki, hücuma əsasən hakim partiyaların – Xristian Demokratik İttifaqının, Xristians Sosial İttifaqının, Almaniya Sosial Demokrat Partiyasının üzvlərinin kompüterləri məruz qalıblar. Təfərrüatlar açıqlanmır.

Jurnalın məlumatına görə, kiber hücumun arxasında “Ghostwriter” qruplaşmasının dayandığı ehtimal edilir.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × four =