Fələstin rəsmisi: Ərəb rejimləri İsraili müttəfiq, Fələstin xalqını isə düşmən sayır

Fələstin rəsmisi: Ərəb rejimləri İsraili müttəfiq, Fələstin xalqını isə düşmən sayır

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinin Qurtuluş Xalq Cəbhəsinin siyasi əlaqələr şöbəsinin müdiri Mahir Əl-Tahir, sionist rejimlə münasibətlərini normallaşdıran ərəb ölkələrinin fəaliyyətini kəskin tənqid edib.

Əl-Tahir Əl-Məyadin xəbər agentliyinə verdiyi müsahibədə belə deyib: “Biz Sionist rejimi özlərinə müttəfiq, Fələstin xalqını özlərinə düşmən hesab edən ərəb rejimləri ilə baş başayıq.”

O, əlavə edib ki, ərəb ölkələri sionist rejimlə münasibətlərini normallaşdırmaqla kifayətlənməyib, eyni zamanda onunla ittifaqa giriblər.

Mahir Əl-Tahir həmçinin bildirib: “Xalq Cəbhəsinin baxışı budur ki, qlobal imperializm, müstəmləkəçilik, sionizm, sionist rejimi və məntəqədəki ərəb ölkələri Fələstin xalqının düşmənləridirlər.”

Müsahibəsinin digər bir hissəsində isə Əl-Tahir seçki məsələsinə toxunaraq fələstinli qruplar arasında dialoqun davam etdiyini və “solçu və demokratik hərəkatların siyahısı ilə bağlı aydın bir siyasi baxış və razılığa gəlsək … koalisiya quracağıq”, deyə əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =