Peskov: Rusiyanın Azərbaycanla etimad doğuran münasibətləri var

Peskov: Rusiyanın Azərbaycanla etimad doğuran münasibətləri var

Rusiya Federasiyası Prezidentinin Mətbuat Katibi Dmitri Peskov Rusiyanın həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərinin olduğunu bildirib.

“Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan yaxşı etimad doğuran münasibətlərimiz var. Qarşılıqlı fayda gətirən çox cəhətləri ola bilər. Ermənistanla da tarixən yaxşı münasibətlərimiz var. Ermənistana xeyli fayda gətirən çox sayda inteqrasiya prosesimiz var. Həm siyasi, həm də iqtisadi”, Peskov bildirib. 

Peskovun sözlərinə görə, Dağlıq Qarabağdakı müharibənin bitməsində şəxsən Putinin fəal rolunu hər kəs xatırlanmalıdır.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 17 =