Baydendən sonra Tel-Əviv də İran-Çin əməkdaşlıq sənədindən narahatlığını bildirdi

Baydendən sonra Tel-Əviv də İran-Çin əməkdaşlıq sənədindən narahatlığını bildirdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin İran-Çin Hərtərəfli Əməkdaşlıq Proqramı sənədinin imzalanmasından narahatlığını dilə gətirməsindən bir neçə saat sonra İsrail hərbi kəşfiyyat xidmətinin keçmiş rəhbəri Təl-Əvivin də bu sənəddən narahat olduğu barədə açıqlama verib.

25 illik plan kimi tanınan İran İslam Respublikası və Çin Xalq Respublikasının Hərtərəfli Əməkdaşlıq Planının sənədi, iki ölkənin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Vanq Yi tərəfindən martın 27-i şənbə günü Tehranda imzalanmayıb.

Sionist qəzeti Yediot Aharonotun verdiyi məlumata görə, Sionist rejimin hərbi kəşfiyyat xidmətinin sabiq rəisi Amos Yadlin, İşğal olunmuş Fələstin mediyasına verdiyi bir müsahibəsində, Tel-Əvivin hərtərəfli əməkdaşlıq sənədindən narahat olduğunu bildirib.

Yadlin, müsahibədə İran-Çin Hərtərəfli Əməkdaşlıq Proqramı sənədinə, iki ölkə arasında ortaq hərbi təlimlər, araşdırma və inkişaf proqramları, habelə ortaq kəşfiyyat əməkdaşlığının da daxil olduğu barədə xəbərdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × four =