İŞİD-in Mozambikdəki bir şəhərə etdiyi hücumda 57 nəfər öldü

İŞİD-in Mozambikdəki bir şəhərə etdiyi hücumda 57 nəfər öldü

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Mozambikin Palma şəhərinə silahlıların hücumu nəticəsində ən azı 57 nəfər həyatını itirib.

Mozambik Qadın Hüquqları Dərnəyinin üzvü Culia Vaçiev verdiyi açıqlamada, öldürülən bu 57 nəfərin “Amarula Parlma” otelində bir silahlı qruplaşmanın mühasirəsinə düşən şəxslərin olduğunu və onlardan yeddisinin xarici vətəndaşlar olduğunu söyləyib.

AFP, İŞİD terror qruplaşmasının hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü və Mozambikin Palma şəhərinə nəzarəti ələ aldığını bildirib.

Şahidlər və insan haqları təşkilatları, böyük bir təbii qaz müəssisəsinin yaxınlığında baş verən Palma sahil bölgəsinə edilən hücumda çox sayda insanın öldüyünü qeyd ediblər.

“Bölgə, demək olar ki, tamamilə məhv edilmiş və bir çox insan öldürülmüşdür”, deyə qaz müəssisəsinin bir işçisi cümə günü axşam üsyançıların mühasirəsindən çıxdıqdan sonra söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 18 =