ABŞ, İsrail və Səudiyyə Şeyx Zəkzakinin azad olmasına mane olurlar

ABŞ, İsrail və Səudiyyə Şeyx Zəkzakinin azad olmasına mane olurlar

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriya İslam Hərəkatının aparıcı üzvü Abdullah Danladi bir müsahibəsində Şeyx İbrahim Zəkzakinin azad olmamasının səbəbləri barədə açıqlama verərkən  söyləyib: “Bu, ABŞ, İsrail və Səudiyyənin işidir və onlar bunu istəyirlər. Nigeriya Ali Məhkəməsi tərəfindən Şeyx Zəkzakinin sərbəst buraxılmasına dair qərar verilməsinə baxmayaraq, Nigeriya hökumətinin başçısı hələ də bunu etmir. Bu dünyanın problemidir.”

Nigeriya İslam Hərəkatının (IMN) bu üzvü həmçinin Şeyx İbrahim Zəkzakinin və həyat yoldaşının səhhəti barədə bunları deyib: “Şeyx, xanımı və bir çox qardaşımız iki il əvvəl Nigeriya ordusunun hücumu zamanı ağır yaralandılar. Şeyx indi sol gözünü itirib və sağ gözü də xəsarət alıb. Şeyx Zəkzakinin həkimləri göz müalicəsi üçün xaricə göndərilməli olduğunu deyirlər, lakin Nigeriya hökuməti buna mane olur. Nigeriya ordusunun hücumu zamanı Şeyxin həyat yoldaşı da güllə yarası alıb və güllələri çıxarmaq üçün xəstəxanaya aparılmalıdır, lakin hökumət buna icazə vermir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × five =