Sionist analitik: İran-Çin əməkdaşlığı sionist rejimi üçün həyati bir təhlükədir
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Sionist analitik və Hayfa Universitetinin beynəlxalq təhlükəsizlik proqramının rəhbəri Dan Şuftan, ibrani dilində çıxan “Israel Hayom” qəzetində yayımlanan bir yazısında İran-Çin əməkdaşlığına dair strateji sənədi sionist rejimi üçün həyati bir təhlükə olaraq xarakterizə edib.
“İsrailin daxili siyasətə başı qarışdığı bir halda, yeni İran-Çin ittifaqında özünü göstərən İsrailə qarşı strateji təhdid daha ciddi bir ölçüyə çevrilə bilər və Yaxın Şərq bir daha böyük güclər arasında İsrailin təhlükəsizliyini təhdid edən soyuq müharibənin şahidi ola bilər”, deyə Şuftan yazıb.
Sionist analitik bu gün İsrailin gözü qarşısında baş verənlərin, Pekinin bölgəyə öz hegemonluğunu tətbiq etmək səyləri istiqamətində Çinin Tehrana verdiyi geniş miqyaslı yardım olduğunu və bunun, zamanla böyüməsi ehtimalı olan ABŞ və Çin arasında baş verən digər bir soyuq müharibənin bir hissəsi olduğunu iddia edib.