Rusiya Müdafiə nazirinin müavini Qarabağa gəlib
Rusiya Müdafiə nazirinin müavini ordu generalı Dmitri Bulqakov Azərbaycanın Qarabağ bölgəsinə səfər edib. Onu Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradov qarşılayıb. Bulqakov bildirib ki, Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçün tikilən mobil tipli şəhərcik aprelin 5-dək istismara veriləcək: “Bu günədək 25 mobil tipli şəhərcik istismara verilib. Aprelin 5-dək bütün sülhməramlılar yaşayış yeri ilə təmin olunacaq”. O, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqunun qərarı əsasında tikilən mobil hospital isə aprelin sonunadək təhvil veriləcəyini qeyd edib.
MediaPost