ABŞ-ın növbəti hərbi konvoyu hücuma məruz qaldı – Video
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, çərşənbə axşamı İraqın Səlahəddin məntəqəsində ABŞ ordusunun maddi-texniki karvanı hədəfə alınıb.
“Sabirin News” xəbər agentliyi bildirir ki, hücum Düceyldə baş vermiş və müqavimət qrupları bu hücuma görə məsuliyyəti öz üzərinə götürüblər.
Məlumata görə, hücumda konvoydakı iki Toyota maşını məhv edilib.
Son aylarda ABŞ-ın İraqdakı hərbi konvoylarının yolu üzərində oxşar partlayışlar baş verir. ABŞ koalisiyası partlayışlardan xilas olmaq və avadanlıqlarını daşımaq üçün yerli İraq şirkətlərindən kömək istəyib.
ABŞ-ın maddi-texniki karvanlarına hücumlar İraq parlamenti, ABŞ əsgərlərinin İraqdan çıxarılması qərarını qəbul etdikdən sonra qeydə alınıb.