Seyyid Həsən Nəsrullah: Qüdsdə namaz qılacağımız gün yaxındır

Seyyid Həsən Nəsrullah: Qüdsdə namaz qılacağımız gün yaxındır

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livan Hizbullah hərakatının Baş katibi Seyid Həsən Nəsrullah çərşənbə günü axşam Şeyx Əl-Qazi Əhməd Əz-Zeynin anım mərasimində çıxış edib.

Hizbullah Baş katibi çıxışının bir hissəsində “Sionist-Amerika xətti hələ də “Nildən Fərata qədər” olan arzusunu gerçəkləşdirməyə davam edir”, – deyə bildirib.

Seyyid Həsən Nəsrullah qeyd edib ki, ədalətli olan hər kəs İran İslam Respublikasının yanında olmalıdır.

Hizbullahın Baş katibi Suriyaya qarşı tətbiq olunan müharibəyə toxunaraq söyləyib: “Suriya hadisələrindən 10 il keçdikdən sonra, Suriya xalqına qarşı yönəlmiş bu dünya müharibəsinin həqiqətləri hər gün daha aydın olur.”

Seyyid Həsən Nəsrullah Yəmənə qarşı təcavüz barədə danışarkən belə qeyd edib: “Yəmənə qarşı aparılan müharibə heç də şiə və sünni məsələsilə əlaqəli deyildir. Bu, yalnız ABŞ-ın hədəfləri və bölgəyə qarşı tədarük gördüyü fitnələr çərçivəsindədir.”

“Sionist-Amerika koalisiyası əlində qalan son silah bölgədə fitnələr yaratmaq və baş verən müharibələrə məzhəbçilik rəngi verməkdir”, deyə Seyyid Həsən Nəsrullah təkid edib.

O, həmçinin Fələstin məsələsinə də toxunaraq deyib: “Tramp əsrin müqaviləsini fələstinlilərə tətbiq etmək üçün gəldi, lakin fələstinlilər müqavimət göstərdikləri üçün daha bu müqavilədən söz açılmır. Fələstinlilərin əzmkarlığı sayəsində bu fitnə uğursuz oldu və bu planının tərəflərindən biri olan Donald Tramp isə məğlub oldu.”

Hizbullah lideri sonda qələbə müjdəsi verərək belə əlavə edib: “Mən ən azı bir qismimizin Qüdsə qədəm qoyacağımız və orada namaz qılacağımız günü yaxın görürəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =