İlham Əliyev ilə Vladimir Putin Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib

İlham Əliyev ilə Vladimir Putin Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. Danışıq zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edilib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Telefon danışığında vəziyyətin ümumilikdə sabit olduğu və atəşkəsə ciddi şəkildə riayət edildiyi məmnuniyyətlə qeyd edilib”, məlumatda deyilir.

Aprelin 1-də Rusiya sülhməramlıları Qarabağa ünvanlı humanitar yardımlar tədarük etməyə başlayıb.

Martın 26-da Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı vəziyyətin sabitləşdiyini bildirib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + twenty =