Gürcüstanın baş naziri Poznerə qarşı aksiyalarda Saakaşvilini ittiham edib

Gürcüstanın baş naziri Poznerə qarşı aksiyalarda Saakaşvilini ittiham edib

Rusiyalı jurnalist Vladimir Pozner və onu müşayiət edən şəxslərə qarşı Tbilisidə baş verən etiraz aksiyası müxalif “Vahid Milli Hərəkat” partiyası və birliyin lideri, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tərəfindən təhrik edilib.

Bu barədə Baş nazir İrakli Qaribaşvili açıqlama verib.

O, partiyanı və eks-prezidenti destruktiv qüvvə adlandırıb.

Qaribaşvilinin fikrincə onların məqsədi təxribat, Gürcüstana ziyan vurmaq və ölkənin nüfuzuna xələl gətirməkdir. 

Qeyd edək ki, Rusiyalı jurnalist Vladimir Pozner və qonaqları Tbilisidə etirazla qarşılandıqdan sonra Gürcüstanı tərk edib.

Etirazçılar jurnalistin Abxaziya ilə bağlı şərhlərini qəbuledilməz hesab etdikləri bildirib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − three =