“Yəmən Xirosiması”- Səudiyyə-Amerika koalisiyasının cinayətlərinə dair sənədli hesabat

“Yəmən Xirosiması”- Səudiyyə-Amerika koalisiyasının cinayətlərinə dair sənədli hesabat

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə-Amerika Koalisiyasının Yəmənə qarşı təcavüzündən altı il sonra Yəmən Ənsarullah hərəkatının siyasi ofisinin hüquqi idarəsi təcavüzkarların Yəməndə mülki vətəndaşlara qarşı amansız cinayətlərini özündə ehtiva edən “Yəmən Xirosiması” adlı ilk hüquqi hesabatını yayımlayıb.

Yəmənin “26 sentyabr” xəbər saytının verdiyi məlumata görə, bu sənədli hesabat 776 səhifəlik, böyük ölçüdə iki fəsildən ibarət bir kitabda çap olunub. Birinci fəslə Yəmənə qarşı ABŞ-Səudiyyə təcavüzünün beynəlxalq hüquqi qiyməti , təcavüzkar dövlətlərin iddia edilən bəhanələri, Yəmənin mühasirəyə alınması, BMT-nin məsuliyyəti və Yəmənə qarşı təcavüzün beynəlxalq insan haqlarına görə təsnifatı daxildir.

İkinci fəslə Səudiyyə-Amerika koalisiyasının Yəmənə qarşı cinayətləri, sənədli filmlərə, qurbanların və şahidlərin rəvayətlərinə əsaslanan vətəndaşlara qarşı işlənən cinayətlər və yəmənli mülki vətəndaşlara, məhbuslara və əsirlərə qarşı işlənən cinayət nümunələri daxildir.

Hesabatın sonunda Səudiyyə-Amerika koalisiyasının Yəmən xalqına qarşı hava hücumlarını, onların dəqiq vaxtı və yerini və Yəmənin müxtəlif vilayətlərində qeydə alınan 4093 fərqli cinayəti özündə ehtiva edən bir siyahı da əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 12 =