Ərəbistanda müxalif din xadimlərinə qarşı repressiya

Ərəbistanda müxalif din xadimlərinə qarşı repressiya

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə hökumətinin müxalifləri sosial mediada Riyad hökumətində son illərdə müxtəlif bəhanələrlə mindən çox xətib və din xadiminin işdən kənarlaşdırıldığını yazıblar.

“Arabi 21” saytının məlumatına görə “Ət-təcəmmuul-vətani” partiyasının baş katibi “Yahya Asiri” bildirib ki, xətiblərin işdən çıxarılması və həbsi kampaniyası davam edir və bu indiyədək mindən çox insana tətbiq olunub. Əsas səbəblər onların yazdığı tvitlər və Səudiyyə Ərəbistanının rəsmi təlimlərinə qarşı güclü müqavimət və “İxvanul-muslimin” ilə düşmənçilik etməmələrinə qayıdır. Onun sözlərinə görə, bir çox hallarda həbs və işdən azad olunmalar WhatsApp-da və ya xüsusi görüşlərdən casusluq edildikdən sonra baş verir.

Bəzi twitter istifadəçiləri, onlarla işdən çıxarılan və ya həbs olunan din xadimlərinin və ruhanilərin adlarını yazmış və buna səbəb olan bəhanələri də qeyd etmişdilər. Ən əsas səbəblərdən biri, İslam peyğəmbərinə (s) qarşı təhqirə yol verildikdən sonra xətiblərin Fransız mallarını boykot etməyə dəvət etmələridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − nine =