Andrey Rudenko: Rusiya və Azərbaycan koronavirusla mübarizədə yaxından əməkdaşlıq edir
Rusiya və Azərbaycan koronavirusla mübarizədə yaxından əməkdaşlıq edir. Ölkələrimizin səhiyyə nazirləri və digər ixtisaslaşmış idarələrin rəhbərləri daim əlaqə saxlayır.
bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko “Moskva-Bakı”ya eksklüziv müsahibəsində açıqlama verib.
“Keçən il, Azərbaycan tərəfinin istəyi ilə onlara koronavirusun diaqnozu ilə əlaqədar 12.000 tədqiqat üçün 120 test sistemi verildi.
2020-ci ilin yayında Rusiya Federal Biotibbi Agentliyinin, Burdenko adına Baş Hərbi Klinik Xəstəxanasının, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin və digər aparıcı Rusiya tibb mərkəzlərinin mütəxəssislərindən ibarət qruplar azərbaycanlı həkimlərə kömək üçün göndərildi”, nazir müavini bildirib.
Onun sözlərinə görə, Rusiya Birbaşa İnvestisiya Fondu “Sputnik V” peyvəndinin Azərbaycana tədarükü məsələsini nəzərdən keçirir.
Salamews