Əl Kaziminin Məkkəyə səfəri zamanı Allah Evində İŞİD terrorçusu həbs edildi

Əl Kaziminin Məkkəyə səfəri zamanı Allah Evində İŞİD terrorçusu həbs edildi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir, Səudiyyə təhlükəsizlik qüvvələri çərşənbə axşamı Məscidul-Həramda bıçaqlı bir şəxsi terror şüarları səsləndirərək İraqın Baş naziri Mustafa əl-Kazimi hərəmə daxil olduğu zaman ona zərər verməyə çalışarkən tutublar.

Səudiyyə mediası, İŞİD terrorçusunun  eyni zamanda Məscidul-Həramda və Allah Evində İŞİD terror qruplaşmasına dəstək şüarları səsləndirdiyini bildirib.

Bu yaxınlarda Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşmək üçün Səudiyyə Ərəbistanına səfər edən Əl-Kazimi, çərşənbə axşamı ziyarət üçün Məkkəyə gedib.

Məkkə polisi də terrorçunun həbs olunduğunu və müvafiq orqanlara təhvil verildiyini təsdiqləyən bir açıqlama yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 8 =