Ərəbistanın İslam dünyasına xəyanəti- İsraillə əlaqələrin normallaşdırılması

Ərəbistanın İslam dünyasına xəyanəti- İsraillə əlaqələrin normallaşdırılması

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, cümə axşamı Səudiyyə Xarici İşlər Naziri Feysəl bin Fərhan CNN-ə verdiyi müsahibədə Tel-Əvivlə əlaqələrin normallaşdırılması məsələsinə və Səudiyyə Ərəbistanının ABŞ-la münasibətlərinə toxunub.

Feysəl bin Fərhan CNN müxbirinin İsrailin Baş naziri Benyamin Netanyahunun Tel-Əviv və Riyad arasındakı münasibətlərin yaxın zamanlarda normallaşması və İsraildən Səudiyyə Ərəbistanına birbaşa uçuşun açılması ilə bağlı açıqlamasına dair sualına cavab olaraq, “Bunun çox yaxın zamanda olub olmadığını bilmirəm. Bu, böyük ölçüdə sülh prosesindəki irəliləmələrdən asılıdır, buna görə təbii olaraq 2002-ci ildən bəri  münasibətlərin normallaşdırılması məsələsi masa üzərindədir”, deyib.

Səudiyyə Xarici İşlər Naziri sözlərini belə davam etdirib: “İsraillə əlaqələrin normallaşdırmasının bütün bölgəyə böyük fayda verəcəyini düşünürəm. Bu (normallaşma) iqtisadi, sosial və təhlükəsizlik baxımından çox faydalı olacaqdır.”

İşğal altındakı Fələstindən Məkkəyə birbaşa uçuşlar və Ər-Riyadın bu uçuşlara münasibəti barədə suala İbn Fərhan belə cavab verib: “Buna razılıq verməmişik. Ancaq dediyim kimi, İsrail və Fələstin mövzusu ilə bağlı irəliləyiş əldə etsək niyə də olmasın.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − twelve =