ABŞ-ın Vilminqton şəhərində qanlı atışma

ABŞ-ın Vilminqton şəhərində qanlı atışma

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Şimali Karolina əyalətində şənbə günü səhər saatlarında baş verən ölümcül atışma nəticəsində 7 nəfər ölmüş və yaralanmışdı.

Şimali Karolina ştatının Vilminqton şəhər polisinin verdiyi məlumata görə, atışma nəticəsində üç nəfər ölmüş, dörd nəfər isə yaralanıb.

Şəhərin polis rəisinin sözlərinə görə, qanlı atışma hadisə yerində keçirilən qonaqlıqdan bir saat sonra baş vermişdir və indiyədək heç bir şübhəli saxlanılıb.

Bundan əlavə, Birləşmiş Ştatlar son iki həftə ərzində üç qanlı atışmanın şahidi olub. Sonuncu hadisə, Kaliforniyanın Orindj şəhərində bu cümə axşamı səhər baş verib. Bu atışma bir uşaq da daxil olmaqla ən azı dörd nəfərin ölümünə səbəb olub. Digər iki atışma isə Atlantada 8, Koloradoda 10 nəfərin ölümünə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =