ETSN: Havada toz dumanı müşahidə olunur
Bu gün səhər saatlarında Bakı və Abşeron yarmadasında havada tozun miqdarının normadan çox olduğu müəyyən edilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.
Buna səbəb ölkə ərazisinə daxil olan güclü şimal-qərb istiqamətli küləklərin istehsal sahələrində və torpağın üst quru səthində formalaşan toz kütlələrini atmosferin yuxarı təbəqələrinə qaldırmasıdır. Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə havada tozun miqdarı normadan 1.4 dəfə artıqdır.
Apa