İİR-ın Səhiyyə Nazirliyi: Covid-19 əleyhinə ilk peyvəndimiz 40 gün ərzində ictimaiyyətə təqdim ediləcək

İİR-ın Səhiyyə Nazirliyi: Covid-19 əleyhinə ilk peyvəndimiz 40 gün ərzində ictimaiyyətə təqdim ediləcək

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İİR-nın səhiyyə nazirinin müavini Dr. İrəc Həririçi bu gün Səhiyyə Nazirliyində Malayziya Xarici İşlər nazirinin müavini Dato Qəməruddin Cəfər ilə görüşüb.

Bu görüşdə Həririçi, Malayziyanın İran İslam Respublikasının xarici siyasətindəki əhəmiyyətinə toxunaraq, iki ölkənin rəsmiləri arasında davamlı ünsiyyət və məsləhətləşmələrin aparılması, eləcə də siyasi, mədəni, iqtisadi, ticarət və səhiyyə sahələrində sıx əməkdaşlığa təkid edib.

Hərirçi görüşdə deyib: “İnqilabdan sonra İranda yerli istehsala üz tutduq. Mövcud sanksiyalar nəzərə alınmaqla, hazırda ölkənin dərman preparatlarına olan ehtiyaclarının 98,3 faizini ölkə daxilində istehsal edirik.”

Hərirçi həmçinin Cavid-19 virusu əleyhinə peyvənd istehsalına toxunaraq belə əlavə edib: “Doqquz peyvənd hazırlamaqda böyük bir irəliləyişlər əldə etdik, bunlardan dördü yaxın bir neçə ayda geniş istifadəyə veriləcək. İlk peyvəndimiz 40 gün ərzində ictimaiyyətə təqdim ediləcək. İkinci peyvənd isə, təxminən 70 gündən sonra ayda 8-10 milyon dozada hazır olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − six =