Çin hökuməti ABŞ-a bu ölkənin insanlığa qarşı törətdiyi beş böyük cinayətini xatırlatdı

Çin hökuməti ABŞ-a bu ölkənin insanlığa qarşı törətdiyi beş böyük cinayətini xatırlatdı

Sizinyol CGTN veb saytına istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian, bir mətbuat konfransında, ABŞ-ın Sincandakı vəziyyətlə əlaqədar irəli sürdüyü insan haqları ittihamlarını əsrin ən böyük yalanı adlandırıb.

Lijian daha sonra deyib ki, amerikalılar Çinə böhtan atmaqla diqqətləri öz ölkələrindəki insan haqları pozuntularından yayındırmağa çalışırlar.

Çinin diplomatik xidmətinin sözçüsü, Amerika yerli xalqlarına qarşı soyqırım, sistematik irqçilik və müdaxilə siyasəti də daxil olmaqla ABŞ-ın indiyədək mürtəkib olduğu “beş böyük günahını” sadalayıb.

Lijian həmçinin qeyd edib ki, amerikalılar on doqquzuncu əsrdə kütləvi şəkildə yerli xalqlara qarşı təmizləmə siyasətinə başladılar. Beləliklə onların sayı iyirminci əsrin əvvəllərində beş milyondan 250.000-ə qədər azalıb.

Lijian belə əlavə edib: “Vaşinqton Əfqanıstan, İraq və digər ərəb ölkələri də daxil olmaqla bir çox ölkələrdə iğtişaşlara səbəb oldmuşdur. Bu qarşıdurmalarda 330.000-i mülki şəxs olmaqla 800.000-dən çox insan ölmüş və milyonlarla insan didərgin düşmüşdür.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =