BƏƏ, Hizbullah əleyhinə sionist rejimlə əməkdaşlığa etiraf etdi

BƏƏ, Hizbullah əleyhinə sionist rejimlə əməkdaşlığa etiraf etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, BƏƏ-nin elektron təhlükəsizlik xidmətinin rəhbəri Məhəmməd Həmd Əl-Küveyti sionist qəzeti “Haaretz”-ə verdiyi müsahibəsində ölkəsinin bölgədəki ən böyük müqavimət qrupu olan Hizbullaha qarşı sionist rejimlə əməkdaşlıq etdiyini etiraf edib.

Məhəmməd Əl-Küveyti “Haaretz”-ə verdiyi müsahibədə, sionist rejimin Hizbullahın əli olduğunu iddia etdiyi ötən il baş verən kiber hücumlar da daxil olmaqla BƏƏ ilə sionist rejim arasında “yüksək kəşfiyyat mübadiləsi” olduğunu söyləyib.

Keçən payızda İsrailin Baş naziri Benyamin Netanyahuya yaxın olduğu deyilən “Israel Hayom” qəzeti, bəzi Körfəz ölkələrinin Hizbullaha qarşı Təl-Əvivlə əməkdaşlıq etdiyini xəbər vermişdi. “Israel Hayom” 2020-cı ilin noyabrında yazmışdı ki, son aylarda Fars körfəzi boyunca yerləşən bəzi ərəb ölkələri Hizbullahı terrorçu kimi təqdim etmək barədə Təl-Əvivlə əldə olunan bir razılaşmadan sonra ortaq səylər göstəriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − two =