“Amnesty International” Ermənistanı insan haqlarını pozmaqda ittiham edib

“Amnesty International” Ermənistanı insan haqlarını pozmaqda ittiham edib

Beynəlxalq qeyri-hökumət təşkilatı “Amnesty International” 2020-2021-ci illər üçün hesabat təqdim edib. Hesabatda Ermənistana ayrıca fəsil həsr edilib.

Hesabatda bildirilir ki, koronavirus pandemiyası və münaqişə səbəbi ilə tətbiq edilmiş hərbi vəziyyət səbəbindən ölkədə söz azadlığı və azad toplaşmaq hüquqları məhdudlaşdırılıb.

Eyni zamanda Qarabağ müharibəsindəki məğlubiyyət siyasi qarışıqlıq və baş nazirin istefası çağırışlarına səbəb olub, bu isə ölkəni siyasi böhrana sürükləyib.

Baş nazirin iqamətgahına hücum edildikdən və parlament sədrinin  hiddətlənmiş kütlə tərəfindən ağır döyüldükdən sonra iğtişaşlarda iştirak etdiklərinə görə 12 müxalifətçi həbs olunub.

Vəd edilmiş məhkəmə və korrupsiyaya qarşı mübarizə islahatları dayandırılıb. 

Hesabatda bildirilir ki, islahatların gedişinə həmçinin Qarabağ münaqişəsi və pandemiya da təsir edib, bu isə iqtisadiyyata və səhiyyə sisteminə dağıdıcı təsir göstərib.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − nine =