Bu amillər qəbir əzabını azaldır

Bu amillər qəbir əzabını azaldır

Qəbir əzabının olması haqdır və bütün din alimləri bu həqiqəti təsdiq edirlər. Bəs nə edək ki, qəbir əzabını azalda bilək?

Bunun üçün bəzi əməllər tövsiyə olunur ki, onlara nəzər salaq:

1. Vəhşət namazı qılmaq. Bu namaz əgər ölü üçün qılınarsa, onun qəbir əzabını azaldar.

2. Həzrət Peyğəmbər (s) və Əhli-Beytlə (ə) dost olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Mənimlə və Əhli-Beytimlə (ə) dostluq rabitəsi qurmaq 7 həssas vəziyyətdə ki, qorxu və dəhşəti çox böyük olar, faydalıdır:

– ölən zaman,

– qəbirdə,

– Qiyamət günü,

– əməl dəftərini alan zaman,

– hesab verən zaman,

– əməllər ölçülən zaman,

– Siratdan keçən zaman”.

3. Ərlə arvadın xoşbəxt olması. İmam Sadiq (ə) buyurur: “O kişi ki, xanımının pis əxlaqına səbir edər, İlahi əcrin hesabına qoyar – Allah şükür edənlərin savabını ona verər”.

4. Namaz qılmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Namaz ölüm mələyi yanında namazqılan üçün şəfaətcil, qəbirdə munis, qəbirdə gözəl yataq və Nəkir ilə Münkərin suallarına cavab verəndir”.

5. Quran oxumaq. Bu surələr qəbir əzabını azaldar: Hər cümə “Nisa” surəsini oxumaq, hər gün “Zuxruf” surəsini oxumaq, yatan zaman “Təkasur” surəsini oxumaq, gün batan zaman “Yasin” və “Mülk” surəsini oxumaq. (Beytutə)

/Deyerler.org/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × five =