MSK-ya hesabat verən partiyaların sayı 43-ə çatıb

Bu ilin əvvəlindən indiyədək Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların sayı açıqlanıb.
Dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 43-ü illik maliyyə hesabatını MSK-ya təqdim edib.
Digər partiyalar isə MSK-ya hesabat təqdim etməyib.
Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Report