Nazir polkovnik-leytenantı xidmətdən qovdu
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovnik-leytenantını xidmətdən qovub.
Nazirin əmri ilə Gəncə şəhər Nizami Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Şükürov Siyavuş Bəylər oğlu orqandan xaric edilib.
S.Şükürovun xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edildiyi bildirilir.
Hüquq-mühafizə orqanlarından məlumatı “Qafqazinfo”ya təsdiqləyiblər.