Fransada naməlum şəxslər məscidi yandırıb

Fransada naməlum şəxslər məscidi yandırıb

Fransanın Nante şəhərində naməlum şəxslər Arrahma məscidini yandırıb. Bu barədə yerli KİV-lər məlumat yayıb. 

Binaya maddi ziyan dəyib, kilsənin giriş qapısı tamamilə yanıb.

Hadisə cümə axşamı gecə saatlarında baş verib.

Yanğın məscidin qapısının tam qarşısında qoyulan karton qutularla dolu üç qabın yandırılması ilə başlayıb. Xilasetmə dəstələri məscidin qapısının taxtadan olduğu üçün alovun sürətlə yayıldığını bildirib.

Arrahmaya ibadətə gələnlər, məscidin yaxınlığında benzin qutularının tapıldığını bildirib.

Faktla bağlı istintaq aparılır.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + nine =