Yəmən ordusu Səudiyyə Ərəbistanında bəzi hərbi obyektlərin pilotsuz təyyarə ilə hədəfə alındığını xəbər verib

Yəmən ordusu Səudiyyə Ərəbistanında bəzi hərbi obyektlərin pilotsuz təyyarə ilə hədəfə alındığını xəbər verib

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Səri, Səudiyyə Ərəbistanının Abha hava limanındakı hərbi obyektlərin pilotsuz təyyarə ilə hədəfə alındığını xəbər verib.

Briqada generalı cümə axşamı öz twitter hesabında yazıb ki, Yəmən ordusunun pilotsuz təyyarələri, cümə axşamı bu hava limanında olan mühüm hərbi obyektləri hədəfə almış və b, dəqiq bir əməliyyat olmuşdu.

Onun sözlərinə görə, bu əməliyyatda “Qasef K2” uzaq mənzilli PUA-larından istifadə edilmişdi.

Yəmən silahlı qüvvələrinin sözçüsü, bu əməliyyatın qisas xarakteri daşıdığını və Səudiyyə koalisiyasının Yəmənə hücumlarına və mühasirəsinə qarşı qanuni cavabın bir hissəsi olduğunu söyləyib.

Raket və pilotsuz təyyarələrin hücumundan qorxan Səudiyyə koalisiyası, Yəmənə qarşı altı illik müharibə dövründə öz hərbi təyyarələrini mülki obyektlərdə yerləşdirmiş və bununla yəmənliləri mülki əraziləri hədəf alan şəxslər kimi təqdim eləməyə çalışıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + seven =